Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:28

İsrailə uçuşlar dayanır


İsrailə uçuşları dayandıran ABŞ-ın Delta Air Lines şirkəti bu qadağanın vaxtını uzadıb. Buna səbəb İsraillə Həmas arasında döyüşlərdir.

Delta Air Lines şirkətinin rəhbəri Richard Anderson iyulun 23-də deyib ki, “biz İran, İraq, Suriya, Ukrayna, Əfqanıstan, Şimali Koreya üzərindən də uçmağa icazə verməyəcəyik”.

ABŞ-ın Federal Aviasiya Administrasiyası FAA iyulun 22-də ABŞ-ın hava yolları şirkətlərinə 24 saat ərzində Tel Əvivin Ben Qurion hava limanına və ya bu limandan uçmağa qadağa qoydu.

Almaniyanın Lufthansa şirkəti də iyulun 23-də İsrailə uçuşları daha 24 saat dayandırmaq haqda qərar verib.

İyulun 23-də Polşanın dövlət şirkəti LOT da İsrailə uçuşları dayandırdı.

XS
SM
MD
LG