Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:52

-

«Şərq qapısı» - 23.07.2014

...Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini Azərbaycan və Fransa arasında bir çox sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın inkişafından danışıb. O, səfirliyin təşkilatçılığı ilə keçiləcək «Fransız şəhərciyi» adlanan pedaqoji staj və həyata keçirilməsi nəzərdə tutulan digər layihələr haqqında məlumat verib. Sonra pedaqoji staja start verilib.

Qeyd edək ki, Fransanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət və əməkdaşlıq şöbəsinin və Azərbaycanda Fransız İnstitutunun təşkil etdiyi bu pedaqoji staj hər il Azərbaycanın müxtəlif rayonlarında keçilir. Sayca onuncu olan və Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçilən «Fransız şəhərciyi» adlı pedaqoji staj zamanı iştirakçılar fransız dili mütəxəssisləri ilə ünsiyyətdə olacaq, bu dildə fəal şəkildə dialoq quracaqlar.

21-25 iyul tarixlərində keçiləcək pedaqoji stajda muxtar respublikada fəaliyyət göstərən 40-a yaxın fransız dili müəllimi iştirak edəcək. Pedaqoji staj zamanı Parisdən dəvət olunan fransız dili müəllimləri xanım Selin dü Şene, Mişel Bondüran və Azərbaycandakı Fransız İnstitutunun müəllimi xanım Elsa Furtado fransız dilinin qrammatikası, leksikologiyası və semantikası ilə bağlı mövzular tədris edəcək, praktik məşğələlər aparacaqlar. Sonda pedaqoji staj keçən müəllimlərə sertifikatlar təqdim olunacaq.

Mətnin əsli: «Fransız şəhərciyi» Naxçıvanda

XS
SM
MD
LG