Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:10

Azərbaycan hökuməti 3 aya cavab verməlidir


Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan dövləti ilə 120 min manatdan çox təzminat tələb edilən 6 iş üzrə kommunikasiyaya başlayıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev məlumat verib. Onun dediyinə görə, kommunikasiyalar 2011-2013-cü illər üzrə Müsavat üzvü Əhəd Məmmədli, AXCP üzvləri Babək Həsənovla Dəyanət Babayev və «Nida» Vətəndaş Hərəkatından Ülvi Həsənlinin işi ilə bağlıdır.

«Bu işlər Əhəd Məmmədlinin 2011 və 2013-cü illərdə aksiyalar zamanı saxlanaraq inzibati həbsi və işgəncələrə məruz qalması, Babək Həsənovun 2013-cü ildə iki dəfə inzibati həbsi, Dəyanət Babayevlə Ülvi Həsənlinin inzibati həbsləri ilə bağlıdır».

Vəkilin sözlərinə görə, üç ay müddətinə Azərbaycan bu işlərlə bağlı Avropa Məhkəməsinə öz mövqeyini bildirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG