Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Rusiyameylli yaraqlılar daha 2 təyyarə vurdular


Ukraine -- A Su-25, refered to by NATO as "Frogfoot", flies below a passanger aircraft during military exercises dubbed Perspekyiva-2012 (Perspective-2012) near the city of Ghytomyr, 27Sep2012
Ukraine -- A Su-25, refered to by NATO as "Frogfoot", flies below a passanger aircraft during military exercises dubbed Perspekyiva-2012 (Perspective-2012) near the city of Ghytomyr, 27Sep2012

-

Rusiyameylli yaraqlılar Donbassda daha 2 Ukrayna hərbi təyyarəsini vurublar. Ukrayna təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib ki, Donetsk vilayətinin Dmitriovka kəndi yaxınlığında ordunun hücumlarına havadan dəstək verən Ukrayna hərbi hava qüvvələrinə məxsus 2 Su-25 qırıcısı vurulub. Təyyarəçilər paraşütlə hoppanıblar. Ukrayna Təhülkəsizlik və müdafiə şuarasından Andrei Lysenko da bu məlumatı təsdiq edib.

Iyulun 23-də sosial mediada separatçıların hərbi lideri İgor Strelkova istinadən Ukrayna hərbi təyyarəsinin vurulması haqda xəbərlər paylaşılırdı. O, Saur-Moqila yüksəkliyində 1 təyyarənin vurulduğunu yazır, daha birinin vurulmasına əmin olmadığını bildirirdi.

Saur-Moqila təpəsi və Dmitriovka kəndi Donetsk vilayətinin Şaxtyorsk rayonunda yerləşir. İyulun 17-də Malaysia Airlines təyyarəsi də bu ərazidə yerə düşmüşdü.

XS
SM
MD
LG