Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:46

Müsavat Partiyası, partiya üzvü, bloqqer Fərəc Kərimliun mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılması ilə bağlı bəyanat yayıb. Bəyanatda Fərəc Kərimovun siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğu bildirilir:

«Bir neçə gün bundan öncə onun siyasi fəaliyyətlə məşğul olmayan böyük qardaşı Sirac Kərimli küçədə saxlanıb. Onun üzərindən guya narkotik maddə tapılıb. Evində axtarış aparılarkən ilk olaraq Fərəcə məxsus notebook götürülüb. Baş verənlər onu deməyə əsas verir ki, bütün bunlar Fərəc Kərimlinin həbsi üçün qurulan plandır. Hakim rejim onun siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğunu gizlədə bilməyəcək».

Fərəc Kərimlinin atası Rafiq Kərimlinin də müsavatçı olduğu xatırladılan bəyanatda baş verənlər partiyaya qarşı repressiya kimi dəyərləndirilir:

«Müsavat Partiyası bu həbslərin Müsavat Partiyasına, azad düşüncəli gənclərə, sosial şəbəkələrin fəal iştirakçılarına və bütövlükdə Azərbaycan demokratik qüvvələrinə qarşı repressiyaların davamı olduğunu bəyan edir. Beynəlxalq təşkilatlar qarşısında siyasi məhbusların olmadığını iddia edən Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bloggerləri, siyasi fəalları, QHT nümayəndələrini həbs etməklə faktiki olaraq siyasi məhbuslar siyahısını günü-gündən genişləndirir».

Bəyanatın sonunda Sirac Kərimli və Fərəc Kərimlinin dərhal azad edilməsi tələb olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG