Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:19

Kerry deyir ki, Qəzzada atəşkəs üçün hələ görüləsi işlər var


ABŞ Dövlət katibi John Kerry deyib ki, İsraillə Həmas arasında atəşkəs üçün bəzi addımlar atılıb, ancaq görüləsi işlər var.

Kerry bunu iyulun 23-də Qüdsə gələndə bildirib. O burda BMT Baş katibi Ban Ki-moonla görüşəcək.

Kerry diplomatik səylərin detalları barədə heç nə deməyib.

İsrail iyulun əvvəlində Qəzzada hava zərbələrinə başlayandan 600-dən çox fələstinli ölüb, İsrail tərəfdən isə 27 əsgər və 2 mülki şəxs ölüb.

BMT-nin insan haqları Şurası Cenevrədə fələstinlilərlə israillilər arasında münaqişəyə həsr olunmuş fövqəladə iclas keçirir.

İclası açan insan haqları komissarı Navy Pillay deyib ki, İsrail Qəzzada hərbi cinayətlər törətməkdə ittiham oluna bilər.

O deyib ki, çox böyük ehtimalla beynəlxalq qanunlar pozulur. O evlərin dağıdılmasını, uşaqların öldürülməsini ittiham edib.

XS
SM
MD
LG