Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:01

Bill Clinton deyib ki, AİDS xəstəliyindən azad dünya üfiqdədir


Keçmiş ABŞ prezidenti Bill Clinton HİV/AİDS xəstyəliyi ilə mübarizəyə həsr olunan konfransda deyib ki, “AİDS xəstəliyindən azad dünya üfiqdə görünür”.

İyulun 23-də Avstraliyanın Melburn şəhərində konfransda çıxış edən Clinton bildirib ki, dünyada hər il 2 milyon adam immunçatışmazlığı xəstəliyi virusu olan HİV –ə yoluxur.

BMT 2030-cu ilə kimi AİDS xəstəliyini ləğv etmək fikrindədir. HİV və AİDS diaqnozu olan xəstələrin 90 faizi 2020-ci ilə müalicə olunub-sağalmalıdır.

Hazırda dünyada 35 milyon adam HİV/AIDS xəstəsidir.

XS
SM
MD
LG