Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

10 aydan bir çimən 3 bacı- [Video]


-

Balaca ikiotaqlı daxmanın qapısını hamı aça bilir – ev sahiblərindən başqa. O da o vaxt ki, yada salıb onlara baş çəkməyə gəlsinlər. Ağ taxta qapının arxasındakı evdə bir təkərli əlil arabasında gəzişən, digəri arabası olmadığından qucaqdan qucağa daşınan, biri də sürünərək digər otağa keçə bilən 3 əlil bacı yaşayır. Daşkəsəndəki bu evin hər 3 sakini 1-ci qrup əlildir.

«BİR DƏ ƏLİL VƏ VƏRƏMLİ QARDAŞIMIZ VAR»

Bacıların ən kiçiyi – Səmayə Heydərova biganəlikdən gileylidir:

«Mənim 53 yaşım var. Kömək etmirlər. Əlilliyə görə müavinət alıram. Üç bacıdan başqa, bir də II qrup əlil qardaşımız var. Bizə əmiqızı baxır. Yeriyə bilmirəm, sürünərək gedib-gəlirəm. Anamız rəhmətə gedəndən sonra əmiqızının himayəsində qalmışıq».

Daşkəsəndə bu ailəni çox adam tanıyır. Bacılar anadangəlmə əlil deyillər. 4-cü sinfədək parta arxasında oturub təhsil alıblar. Elə təxminən 1-2 il fasilələrlə, 7-10 yaşlarında sümük boşluğu və əriməsi diaqnozu ilə yerimək qabiliyyətlərini itiriblər. Lap uşaq yaşlarından atasız qalan qızlara son 2 ilədək anaları baxıb. Anaları da dünyasını dəyişdiyindən, indi əmisi qızlarının ümidinə qalıblar.

İLDƏ BİR, UZAĞI 2 DƏFƏ ÇİMİRLƏR...

Danışırlar ki, kiçik sıx daşdan döşənmiş pilləkənlərlə qucaqlarında düşürüb həyətdəki vanna otağına aparmaq çox çətin olduğundan, qohum-tanışın köməyi ilə çimirlər. Amma ildə cəmi 1-2 dəfə. Bir diləkləri var: Kimsə onlara evlərinin içində bir hamam tiksin. Bundan ötrü rəsmi qurumlara da üz tutublar. Di gəl, əhəmiyyət verən olmayıb:

7-10 yaşlarında sümük boşluğu və əriməsi diaqnozu ilə yerimək qabiliyyətlərini itiriblər.

7-10 yaşlarında sümük boşluğu və əriməsi diaqnozu ilə yerimək qabiliyyətlərini itiriblər.

«İndiyədək anam baxırdı bizə. İndi də əmiqızı var, o baxır. Amma ananın yerini vermir. O, yeməyimizi bişirir. Mən yeriyə bilmirəm, həm də şəkərəm... İstəyirik ki, hamamımız olsun. Canımıza su dəymir. 10 aydan bir çimirik. Nə qədər də müraciət edirik, baxan yoxdur. Hər yerə demişik ki, hamam olsun, bizi çimdirmək asanlaşsın».

«ƏLİLLƏRİN YAŞADIĞI EV DƏ TƏMİR EDİLƏCƏK»

Vanna otağının olmaması bir yana, dolunun-küləyin təsirindən evlərinin həyət-bacası, dam örtüyü də yararsız hala düşüb. Amma bu ailəyə yardım edib, daşı daş üstə qoyan tapılmayıb.

Əlil bacıların 2-ci qrup əlil olan, ağır dərəcəli vərəmdən əziyyət çəkən 45 yaşlı qardaşları da var.

Daşkəsən rayon Sosial Müdafiə Fondunun verdiyi məlumata görə, ailə üzvlərinə müvafiq müavinət təyin edilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev deyir ki, ailə daim diqqətdədir və nəzarət edilir. Cavanşir Qocayev rayondakı həyət evləri ilə yanaşı, əlillərin yaşadığı evin də təmir ediləcəyini bildirir.

Kiçik çay daşlarından sıx hörülmüş pilləkənlər yüksəklikdəki uçuq bir evə aparır. Üç qadın – 3 bacı elə bu evdə yaşayır. Ən böyük arzuları da – adi şəraitli ev, bir də rahatlıqla yuyuna biləcəkləri isti hamam...

Şərhləri göstər

XS
SM
MD
LG