Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:30

Özbəkistanda terrorçuluqda günahlandırılanlara 9-15 il iş verilib


Özbəkistanda terrorçuluqda günahlandırılan 66 adamın 6-sı uzun müddətə həbs olunub. Onlar həm də qadağan olunmuş Özbəkistan İslam Hərəkatı ilə əlaqədə şübhəli bilinirlər.

Bu barədə yerli hüquq müdafiəçiləri məlumat yayıblar.

Daşkənddə yerləşən Ezgulik Hüquq Müdafiə Mərkəzi bildirib ki, 3 qadın və 3 kişi Özbəkistan hökumətini devirmək və terror hadisələri törətməyi planlaşdırmaqda ittiham olunurlar.

Onlar 9-15 il müddətinə həbs olunublar.

Güman edilir ki, Əfqanıstan və Pakistanda aktiv olan İslam Hərəkatı Əl-Qaidə və Talibana bağlıdır.

XS
SM
MD
LG