Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01

Malayziya təyyarəsində ölən sərnişinlərin cəsədi Hollandiyaya yola salınacaq


Ukrayna səmasında vurulan Malayziya təyyarəsinin həlak olan sərnişinlərdən bəzilərinin cəsədi Hollandiyaya yola salınacaq.

Amma bundan qabaq Ukraynanın Xarkov şəhərində xüsusi mərasim keçiriləcək. Xarkova 200 adamın cəsədi gətirilib. Hərçənd Avstraliyanın baş naziri Tony Abbott deyib ki, hadisə yerində nə qədər adamın cəsədinin qaldığı bəlli deyil.

ABŞ rəsmiləri təyyarənin Ukrayna separatçılarının vurduğu ehtimalını səsləndiriblər.

Təyyarə qəzası ilə bağlı Hollandiya matəm elan edib. Qəza zamanı təyyarədə həlak olan 298 sərnişinin 192-si hollandiyalı olub.

Təyyarənin qara qutuları ekspertiza üçün Londona göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG