Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:07

Aleksandr Litvinenko-nun ölümü ilə bağlı ictimai dinləmə keçiriləcək


Aleksandr Litvinenko
Aleksandr Litvinenko

-

Britaniya elan edib ki, keçmiş «KQB» casusu Aleksandr Litvinenko-nun ölümü ilə bağlı ictimai dinləmə keçirəcək. Tədqiqatçılar bununla Litvinenko-nun ölümündə Rusiyanın əli olub-olmadığını araşdırmaq istəyirlər. Bu qərarı daxili işlər naziri Theresa May iyulun 22-də bildirib.

Qərar Britaniya ilə Rusiya arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edir.

Litvinenko 2006-cı ildə zəhərlənəndən sonra ölümqabağı bildirib ki, Rusiya prezidenti Vladimir Putin onun qətlinə sifariş verib.

Litvinenko qaldığı bahalı London mehmanxanalarının birində içdiyi çaydan zəhərlənib. O, bundan bir neçə həftə sonra ölüb.

Kreml hər zaman Litvinenko-nun ölümü ilə bağlılığı ittihamı rədd edib.

XS
SM
MD
LG