Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:55

Lerik və Lənkəranda meşə yanğınlarının qarşısı alınıb


Arxiv foto
Arxiv foto

Fövqəladə Hallar Nazirliyi (FHN) Lerik və Lənkəran rayonları ərazisində baş verən yanğınlarla bağlı məlumat yayıb.

FHN bildirir ki, Lerik rayonunun Piran kəndində dağlıq ərazidə, meşə zolağında 30 ha sahədə yanğın olub. Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali də iştirak edib.

Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Lənkəranın Hirkan Milli Parkının dağlıq meşə zolağında isə 5 ha sahədə yanğın olub. Orada da yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

XS
SM
MD
LG