Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:14

«Şərq qapısı» Naxçıvanda medianın durumundan yazdı və...


Foto: Arxiv
Foto: Arxiv

-

«Şərq qapısı» qəzetinin Milli Mətbuat Günü ilə bağlı dərc etdiyi məqalədə Naxçıvanda medianın uğurlu inkişafından, jurnalistlərə göstərilən qayğıdan bəhs olunur. Qəzet bu inkişaf və qayğıda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun rolunu xüsusi vurğulayır. Məqalədə qeyd olunur ki, məhz bu keyfiyyətlərinə görə, yerli Mətbuat Şurası 2010-cu ildə Vasif Talıbovu «Mətbuatın Dostu» fəxri adına layiq görüb.

Bəzi yerli və xarici jurnalist təşkilatları isə Naxçıvanda azad söz və medianın vəziyyətinin xüsusilə ağır olduğunu vurğulayır. Beynəlxalq «Sərhədsiz Reportyorlar» təşkilatı hər il hazırladığı «Mətbuatın yırtıcıları» siyahısına bir neçə dəfə Vasif Talıbovun da adını salıb.

Elə bəzi yerli jurnalistlər də Naxçıvanda mətbuatın böhran yaşadığından söz açırlar. Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun əməkdaşı Həkimeldostu Mehdiyev deyir ki, Naxçıvanda yalnız Vasif Talıbovu tərifləyən jurnalistlərə qayğı göstərilir:

«Burada 2-3 müstəqil jurnalist qalmışıq. Bizi də məngənəyə salıb sıxırlar. Özlərini tərifləyən jurnalistlərə hər cür şərait yaradırlar. Bizlərsə təqib olunuruq. Mənim bütün dolanışıq imkanlarım əlimdən alınıb. İqtisadi cəhətdən boğub, özlərinə tabe etdirmək istəyirlər. Xüsusi tapşırıq var ki, heç bir dövlət orqanı bizə açıqlama verməsin. Həyat yoldaşım xəstədir, təqaüd almalıdır, onu da vermirlər ki, birdən çörəkpulumuz olar. Vaxtı ilə döyülmüşəm, hətta sümüklərimi də sındırıblar. Görürlər ki, bu yolla məni sındıra bilməyəcəklər, indi başqa üsullara əl atırlar. Buna da dözəcəyik».

Elman Abbasov
Elman Abbasov

Jurnalist Elman Abbasov bildirir ki, üzləşdiyi təqiblərdən dolayı bir müddətdir ki, Naxçıvanı tərk etməli olub:

«Mətbuatın inkişafı üçün ilk növbədə azad sözə şərait yaradılmalıdır. Bu isə Naxçıvanda yoxdur. Ancaq hakimiyyətə bağlı radio, televiziya və qəzetlər fəaliyyət göstərir. Düzdür, Azərbaycanın hər yerində mətbuatın vəziyyəti pisdir. Ancaq bu ağır durum Naxçıvanda daha qabarıq hiss olunur. Müstəqil jurnalistlərə düşmən gözü ilə baxırlar. Mənə müxtəlif təzyiqlər, fiziki hücumlar olub, dözmüşəm. Gördülər olmur, ailəmi şantaj etməyə başladılar. Elə iyrənc şantaj üsullarından istifadə etməyə başladılar ki, məcbur olub, ailəmlə birlikdə çıxdım Naxçıvandan. İndi Bakıda fəaliyyət göstərirəm».

Naxçıvan rəsmiləri müstəqil jurnalistlərə təzyiqlə bağlı fikirləri təkzib edirlər.

XS
SM
MD
LG