Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47

-
İyulun 22-də Şirvan Apellyasiya Məhkəməsi həbsdə olan Müsavat başqanının müşaviri Yadigar Sadıqlının şikayətinə baxıb.

Yadigar Sadıqlının Hüquqlarının Müdafiə Komitəsinin sədri Elman Fəttahın dediyinə görə, məhkəmə onun həbs müddətini 6 ildən 4 ilə endirib:

«Müdafiə tərəfi olaraq kifayət qədər faktlar təqdim etmişdik. Məhkəmə pis vəziyyətdə qalmışdı. Ancaq bu faktların heç biri nəzərə alınmadı. Biz Yadigar bəyin bəraətini istəmişdik. Lakin ilkin instansiyanın qərarı qismən qüvvədə saxlanıldı. Təbii ki, biz bu qərarla razılaşmırıq. Yadigar Sadıqlarının hüquqlarının qorunması üçün lazımı addımları atacağıq».

Yadigar Sadıqlı ötən il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi. Müdafiə tərəfi bu hökmdən apelyasiya şikayəti vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG