Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Yazı müsabiqəsində qalib gələn jurnalistlər pullarını ala bilmirlər


Mərkəzi Bank

Mərkəzi Bank

-

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) Milli mətbuatın yaranmasının 139-cu ildönümü ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində qalib gələn jurnalistlər pullarını ala bilmir.

Bu barədə müsabiqə qaliblərinə istinadla Qafqazinfo saytı məlumat yayıb.

Saytın yazdığına görə, jurnalistlər onların bank hesablarına köçürülmüş pulu götürə bilmirlər.

Banklar bildirirlər ki, pulun hesabdan çıxarılması üçün Mərkəzi Bankın icazəsi olmalıdır.

Mərkəzi Bankdan isə jurnalistlərə deyilib ki, müsabiqədə qazandıqları pul qrant hesab edildiyindən bir sıra əməliyyatlar həyata keçirilməlidir. Əməliyyatlar isə müəyyən vaxt aparacaq.

Müsabiqənin əsas qalibi olan 30 jurnalistin hər birinə 1000 manat, həvəsləndirici yerlərə layiq görülmüş jurnalistlərin hər birinə 300 manat mükafat verilib.

«Qrant haqqında» qanuna edilən son dəyişikliyə görə, alınan qrant ədliyyə nazirliyində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyən qrantla bağlı bank əməliyyat apara bilməz.

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənova görə, mükafat gəlir hesab olunmadığından həmin mükafatlar jurnalistlərə nağd şəkildə verilməli idi:

«Bu məsələdə KİVDF müəyyən yanlışlığa yol verib. Onlar əslində pul mükafatını jurnalistlərə nağd şəkildə verməli idilər, ya da həmin məbləğlərə uyğun qəbz verilməli idi ki, jurnalistlər həmin qəbzi təqdim etməklə Fonddan öz pullarını götürə bilsinlər».

Fonddan isə bu məsələyə hər hansı münasibət bildirmək istəməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG