Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26

Prezident Administrasiyasına məxsus avtomobilin şəhərin mərkəzində yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı yayılan videogörüntülər ictimaiyyətin diqqətini cəlb edib.

Sosial şəbəkələrdə yayılan video İstiqlaliyyət prospektinə çəkilib. 10 PA 522 dövlət nömrə nişanlı BMW markalı avtomobil qoşa xəttin tələbini pozaraq, qarşı hərəkət zolağına çıxır və hərəkətini bu cür davam etdirmək istəyir.

Mətbuat xidməti avtomobilin sahibini müəyyənləşdirib. Onun Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Azər Qasımov olduğu bildirilir.

Kobud yol pozuntusu ilə bağlı hər hansı tədbir görülübmü?

Bakı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov AzadlıqRadiosuna deyib ki, qayda pozuntusu baş verəndə yol polisi bunu sənədləşdirir:

«İndi biz hər yazılan protokol barədə ictimaiyyətə məlumatmı verməliyik? Yəqin ki, dediyiniz yol pozuntusu ilə bağlı görüntüləri bizim də kameralar qeydə alıb, yəqin sürücü haqqında tədbir görülər».

AzadlıqRadiosunun PA-nın mətbuat katibi Azər Qasımovun olaya münasibətini öyrənmək cəhdi alınmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG