Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:18

«Dəmirbank»ın Sumqayıt filialı ilə bağlı iş məhkəməyə göndərilib


«Dəmirbank»

«Dəmirbank»

-

«Dəmirbank» ASC-nin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş prokurorluğun mətbuat xidmətinin iyulun 22-də yaydığı məlumata görə, istintaq zamanı məlum olub ki, filialın müdir müavini müştərinin adına açılmış depozit hesabdan 10 min manatının alınmasına dair sənədə vətəndaşın əvəzindən imza ataraq həmin pulu nağd götürüb. Bundan başa Sumqayıt sakininin depozit hesaba köçürülməsi üçün ona verdiyi 40 min manatı hesaba köçürməyərək mənimsəyib. Məlumata görə bu işdə ona filialın xəzinadarı yardım edib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin «dələduzluq», «mənimsəmə» və «vəzifə səlahiyyətlərindən sui-istifadə», tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın tam ödətdirilməsi təmin olunub.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslərin vəkilləri və yaxınlarının mövqeyini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG