Keçid linkləri

Təcili xəbərlər

6 nömrəli... ölkə


Anton Chekhov
Anton Chekhov

.

Gözlə

No media source currently available

0:00 0:04:15 0:00
Direct-ə keçid

BÖYÜK YUBİLEY OLMASA DA...

Hər yuvarlaq tarixə yubiley demirlər. Amma illər illərdir və onlar bir çox hallarda insanlara öz sevdikləri şəxsləri, yaradıcı şəxsiyyətləri bir daha anmaq imkanı verir.

Bu günlərdə böyük rus yazıçısı Anton Chekhov-un (Anton Çexov) ölümündən düz 110 il keçdi. Təbii ki, burada bu yazıçının haqqında ətraflı, geniş yazmaq fikrindən çox uzağıq.

Anton Chekhov-un da erası geridə qalıb, daha 19-cu əsr və Chekhov-un “Albalı bağı”, “Qağayılar”ı 21-ci əsrin internet adamını bir o qədər də sehrləndirmir.

Böyük yazıçıların bədbəxtliyi ondadır ki, insanlar onlar haqqında hər şeyi bildiklərini zənn edirlər. Çoxdan klassikaya çevrilmiş Anton Chekhov da belələrindəndir. Ona görə də bircə şeyi qeyd edəcəm ki, görünür, artıq zaman da dəyişib, Anton Chekhov-un da erası geridə qalıb, daha 19-cu əsr və Chekhov-un “Albalı bağı”, “Qağayılar”ı 21-ci əsrin internet adamını bir o qədər də sehrləndirmir.

Əvvəllər Chekhov-a münasibət həmişə öz estetikliyilə seçilib. Xüsusən də bu münasibət Qərbdə daha qabarıq olub. Bizi isə bu yazıçı fəqrli bir aspektdən öz sehrli ədəbi aləminə cəlb etdi.

Təqvim yadımıza onun “6 nömrəli palata” əsərini saldı. Bu əsəri hələ çox gənc ikən, çoxdan, sovet dövründə oxumuşduq. Əsərlə bahəm bizi həm də belə bir detal sehrləmişdi ki, onu ilk dəfə oxuyan Vladimir Lenin o qədər təsirlənibmiş ki, otaqda otura bilməyib, şəhərə çıxaraq özü də hara və necə getdiyini bilmədən bir xeyli dolaşıbmış.

Bunu ona görə xatırladıq ki, o vaxtlar bizə Vladimir Lenin-in həm də qüsursuz ədəbi zövqə malik olduğunu aşılayırdılar. Təbii ki, biz o vaxt bilmirdik ki, bu “qüsursuz ədəbi zövq”ü olan insan böyük bir ölkəni 6 nömrəli palataya – ruhi xəstəxanaya çeviribmiş. O vaxt biz hələ qayğısız uşaqlar idik, böyüklərin, yaşlıların nələr çəkdiyini bilmirdik...

ÖLKƏ GÜNƏŞLİ AZƏRBAYCAN ADLANSA DA...

İndi hər şey yerini dəyişib, o vaxtın ahılları dünyadan köçüb, uşaqları isə ahıllaşıblar. Elə ölkə də dəyişib. O, irili-xırdalı bir neçə ölkəyə bölünüb. Biz də onlardan birində - Azərbaycanda yaşamalı olduq. Elə bizə də “6 nömrəli palatan”ı yada salan bu, oldu.

Adam bu ölkədə zəif bir işığın həsrətindədir, halbuki bu ölkə günəşli ölkə adlanır. Amma bu ölkənin neftindən, qazından və başqa sərvətlərindən olduğu kimi Günəşindən də hamıya pay düşmür. Günəşdən pay almaq da bu ölkədə bir imtiyazdır.

Demirik ki, digərlərində vəziyyət fərqlidir, başqadır, yox, elə burada olduğu kimidir, bəlkə də bir az da pisdir...

Chekhov bizə bir daha yaşadığımız mühitin ağırlıgını, onun dözülməz psixoloji təzyiqini yada saldı. Bu ölkənin təkcə istisi və tozlu küləyi insanı bezdirmir, bu ölkədə insana olan münasibət, insanların biri-birinə münasibəti də adamı bezdirir.

Çox yorucu ölkədir. Adam bu ölkədə zəif bir işığın həsrətindədir, halbuki bu ölkə günəşli ölkə adlanır. Amma bu ölkənin neftindən, qazından və başqa sərvətlərindən olduğu kimi Günəşindən də hamıya pay düşmür. Günəşdən pay almaq da bu ölkədə bir imtiyazdır.

NƏ SİYASƏTİ DƏYİŞƏ BİLDİK, NƏ DƏ...

Siyasətdən çox yazırıq. Bəlkə də bu da bir səhvdir. Bir vaxt bizə elə gəlirdi ki, siyasətlə, siyasəti dəyişməklə bu ölkəni də dəyişmək mümkün olacaq. Düzdür, İndi demirik ki, yanılmışıq. Amma nə siyasəti, nə də ki, ölkəni dəyişdirə bildik.

Bir vaxt bizə elə gəlirdi ki, siyasətlə, siyasəti dəyişməklə bu ölkəni də dəyişmək mümkün olacaq. Düzdür, İndi demirik ki, yanılmışıq. Amma nə siyasəti, nə də ki, ölkəni dəyişdirə bildik.

Bəlkə də başqa səmtdən, elmdən və mədəniyyətdən cəhd etsəydik, nələrəsə nail olardıq? Bilmirik, ola bilsin, belədir, amma bu, da mübahisəlidir. Ona görə ki, elmdə də, mədəniyyətdə də çox dəyərli, istedadlı insanlar var. Amma onlar da bir şey edə bilmədi.

Bir qədər əvvəldə bəzi yeni ölkələri Chekhov-un 6 nömrəli palatasına bənzətdik. İndi bir daha az əvvəldə yazdığımız sətirlərə qayıdaraq bu bənzətmənin yerində olduğu qənaətindəyik – “ruhi xəstəliklər”in çoxunun müalicəsi yoxdur. Bəlkə elə buna görə bu ölkələrdə heç nə dəyişmədi, hər şey olduğu kimi qaldı?

Bilmirik. Hər halda çox qəliz məsələdir. Bəli, bir vaxt çox şeyi dəyişmək, çox şeyi yenidən başlamaq istəyirdik. İndi isə sadəcə, ətalət üzrə yaşamaqda davam edirik, necə deyərlər, nə qədər çəkər, çəkər...

Anton Chekhov
Anton Chekhov

CHEKHOV-UN ESTETİK MEYARI...

Amma A. Chekhov başqa nümunəni təqdim edir. Hələ sovet vaxtlarında onun bir fikri olduqca populyar idi: “İnsanda hər şey gözəl olmalıdır...”.

Sözsüz ki, buna görə, bu gözəlliyə görə yaşamağa dəyərdi. Biz bu gözəlliyin izini hətta Chekhov-un zahiri görkəmində də axtarmışıq. Onun çox müdrik sifəti vardı – eynəyin arxasından kədərli gözləri görünürdü...

Əslində bizi də yalnız bu, hifz edir, bu, yaşamağa kömək edir. Hətta gözəllik olmayan yerdə də gözəllik axtarırıq. Bu ölkəni olduğu kimi, necə var, sevməyə çalışırıq. Həm də çalışırıq ki, utopiyadan qaçaq.

Fyodr Dostoevsky-nin təsvirində hətta Peterburqun dalanları da gözəldir.

Anton Chekhov-un əsərlərində də həmişə mübahisəli rus gerçəkliyi, rus reallığı gözəl görünür...

Gəlin, biz də buna çalışaq. Çalışaq ki, Azərbaycan da gözəl görünsün, heç nəyə baxmadan, elə olduğu kimi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG