Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:57

Britaniya keçmiş KQB agenti Litvinenkonun ölümü ilə bağlı ictimai istintaq keçirəcək


Britaniya bildirib ki, keçmiş KQB agenti Litvinenkonun ölümü ilə bağlı ictimai istintaq keçirəcək.

2006-cı ildə Londonda zəhərləndikdən sonra vəfat edən Aleksandr Litvinenko xəstəxanada demişdi ki, onun ölümünə Putin əmr verib.

Litvinenko Londonda hotellərin birində çay içəndən sonra onda radioaktiv izotopla zəhərlənmə tapıldı.

Keçən il Britaniya hökuməti Litvinenkonun qətli ilə bağlı ictimai istintaq keçirmək təklifini rədd etmişdi.

XS
SM
MD
LG