Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29

-

Ermənistanın Armavir şəhərinin meri Ruben Khlghatyan Dağlıq Qarabağda minaya düşüb. Bu barədə Rusiyanın «İnterfax» agentliyi məlumat yayıb.

«Vilis» markalı maşının minaya düşməsi nəticəsində mer yaralanıb, sürücü isə hadisə yerində həlak olub. Hadisə Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda, minalanmış ərazidə baş verib. Daha iki nəfərin zərər çəkdiyi bildirilir.

Armavir meri vertolyotla Yerevandakı «Erebuni» tibb mərkəzinə aparılıb.

«İnterfax»ın məlumatına görə, 2000-ci illərdə Dağlıq Qarabağın 1500 hektar ərazisinə 15 min mina basdırılıb.

Üç azərbaycanlının Ermənistan hərbi birləşmələrinin işğalı altındakı Kəlbəcərdə rayonunda girov götürülməsindən sonra Ermənistanın müdafiə naziri Kəlbəcərə aparan yolların hamısının minalanacağını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG