Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:23

Türkiyədə nazirləri korrupsiyada ittiham edın 76 polis zabiti saxlanıb


Türkiyə hakimiyyəti onlarla polis zabitini saxlayıb. Bu polislər vaxtilə hökumətin 4 nazirinin və həmin nazirlərin yaxın qohumlarını korrupsiyasını araşdıran zabitlərdir.

İyulun 22-də Türkiyənin 22 vilayətində 76 polis zabiti saxlanıb. Onların bir çoxu ilin əvvəlində tutduqları vəzifələrdən çıxarılmışdı.

Tutulanlar arasında İstanbul polisinin terrorla mübarizə idarəsinin keçmiş rəisi Omer Kose də var.

Dövlət mediası xəbər verir ki, tutulan polis zabitləri qanunsuz dəstə düzəldiblər, qanunsuz səs yazmaqla və saxtakarlıqlarla məşğul idilər.

XS
SM
MD
LG