Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:40

İyulun 22-də ATƏT-in Minsk qrupu həmsədrlərinin Brüsseldə səfər olan Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü gözlənilir.

Bu barədə amerikalı həmsədr James Warlick öz «Twitter» səhifəsində yazıb.

«Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə Dağlıq Qarabağ sülh danışıqlarını müzakirə etmək üçün Brüsselə gəlmişəm. Biz münaqişənin danışıqlar yolu ilə nizamlanmasına çalışırıq», deyə James Warlick qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq Belçikaya yollanıb.

O, Brüsseldə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG