Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:31

Kabil aeroportu yaxınlığında partlayışda 3 əcnəbi və bir tərcüməçi ölüb


İyulun 22-də Kabil beynəlxalq aeroportunun yaxınlığında partlayışda 3 əcnəbi və bir tərcüməçi ölüb.

Yerli rəsmilər partlayıcının motosikletdə olduğunu bildirib.

Daxili işlər nazirinin müavini, general Mohammad Ayoub Salangi deyib ki, hücumçular partlayıcı yerləşdirilmiş motosikleti Əfqanıstan hökumətinin xarici məsləhətçilərinin yaşadığı evin qarşısında saxlayıblar.

Partlayış zamanı 6 nəfər yaralanıb.

Ölənlərin kimliyi barədə hələlik məlumat verilməyib.

Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

XS
SM
MD
LG