Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:44

-

«Mediaforum» saytı yazır ki, Rusiya miqrantlara dil, tarix, qanun şərti qoyur.

Rusiyada işləmək istəyənlər bu ölkənin tarixindən 19 günü və şairlər, yazıçılar, bəzi siyasətçilər də daxil olmaqla 50 şəxsi öyrənməlidir.

Moskvadakı Xalqlar Dostluğu Universitetinin əlavə təhsil üzrə prorektoru Anjela Doljikova iyulun 21-də belə açıqlama verib.

2015-ci ilin yanvarın 1-dən Rusiyada müvəqqəti yaşamaq və işləmək razılığı almaq istəyən miqrantlar testdən keçməli olacaqlar. Test rus dili, Rusiya tarixi və qanunvericiliyinin əsasları üzərində aparılacaq. Hazırda Rusiya Xalqlar Dostluğu Universitetində miqrantlar üçün test tapşırıqları hazırlanır.

«Mediaforum» saytının məlumatına görə, Doljikova tarix üzrə üçündən birini seçməklə 20 sualın hazırlandığını bildirib: «Suallar Rusiya tarixindən ən vacib hadisələri əhatə edir. Hazırda testə 19 tarixi gün və hərbçilər, şairlər, yazıçılar, bəzi müasir siyasətçilər də daxil olmaqla 50 xadim haqda suallar düşüb».

Prorektorun sözlərinə görə, rus dili üzrə testlər miqrantalar üçün indi qüvvədə olan testləşmədən bir az fərqlənəcək.

Qanunvericiliyin əsasları üzrə modula 20 sual daxil ediləcək. Əcnəbi vətəndaşlar Rusiyada özlərini düzgün aparmaq və inzibati məsuliyyətə cəlb olunmamaq üçün bu suallara da cavab verməli olacaq.

Doljikova miqrantları bu test imtahanına hazırlamaq üçün dərsliklər çap olunduğunu vurğulayıb: «Hazırda onların elektron versiyası üzərində də iş gedir».

Günün bütün mövzuları

XS
SM
MD
LG