Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:53

İlham Əliyev: Sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər


İlham Əliyev

İlham Əliyev

«Azərbaycanın inamlı, uzunmüddətli dayanıqlı inkişafını təmin edən bizim siyasətimizdir - daxili siyasət, siyasi sahədə atılan addımlar, iqtisadi islahatlar». Bunu Prezident İlham Əliyev iyulun 21-də Bakının Qaradağ rayonu ərazisində yerləşən «Norm» sement zavodunun açılışında çıxışı zamanı deyib. Zavodun inşasına 350 milyon dollar sərmayə qoyulduğunu deyən dövlət başçısı onun son illər ərzində Azərbaycanda tikilən ən böyük sement zavodu olduğunu bildirib:

«Bu zavodun fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir. Əslində zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda «Sənaye ili» elan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir. Yəni, dövlət siyasətimizin bütün istiqamətləri bu zavodda demək olar ki, öz əksini tapıb. Çox şadam ki, hazırda Azərbaycanda bir neçə sement zavodu fəaliyyət göstərir. Yadımdadır, bir neçə il bundan əvvəl sadəcə olaraq, yalnız Qaradağ sement zavodu işləyirdi. O da ekoloji normalara uyğun deyildi. Orada böyük yenidənqurma işləri aparılmışdır və ötən dövrdə «Holcim» zavodunun fəaliyyətə başlamasını qeyd etmişik».

Prezident xatırladıb ki, Qazaxda, Naxçıvanda, Sumqayıtda sement zavodları var. Hazırda bu zavodun - ən böyük «Norm» zavodunun fəaliyyətə başlaması Azərbaycanda sement istehsalını 5 milyon tona çatdırır, bəlkə ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur: «Yəni, biz artıq fikirləşməliyik ki, ilk növbədə, daxili bazarımızı qoruyaq. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri hazırlayır. Çünki artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyildir. Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla yeni bazarlara çıxmalıyıq. Əslində bizim ixrac potensialımızın gücləndirilməsi artıq təmin edilir. Nəzərə alsaq ki, bu zavodda istehsalı artırmaq üçün imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara çıxdıqca Azərbaycanın bütün sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər». /AzərTac/

Günün bütün mövzuları

XS
SM
MD
LG