Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:12

Əli Həsənov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərini qəbul edib


Əli Həsənov

Əli Həsənov

-

İyulun 21-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duranla görüşüb.

APA-nın məlumatına görə, görüşdə Əli Həsənov BQXK nümayəndəliyinin rəhbərinə Ermənistanın girov götürdüyü azərbaycanlıların taleyi ilə bağlı və bu günə qədər onlar haqqında heç bir məlumatın olmamasından Azərbaycan tərəfinin narahatlığını çatdırıb və bildirib ki, bütün bu məsələlər ilk gündən ölkə prezidentinin diqqət mərkəzindədir.

Əli Həsənov qeyd edib ki, həmin şəxslər öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərdir: «Bu insanların ora getməsinə səbəb həmin insanların vətən həsrəti və eyni zamanda öz doğmalarının məzarlarını ziyarət etməsidir. Bu şəxslər sərhədləri BMT tərəfindən tanınan Azərbaycanın ərazisində işğalçı qüvvələr tərəfindən girov götürülüblər. Onlar heç bir sərhəd pozuntusuna yol verməyib və heç bir beynəlxalq hüquq normasını və prinsiplərini pozmayıblar. Lakin bütün bunlara baxmayaraq Ermənistan tərəfi həmin şəxslər haqqında həqiqətə uyğun olmayan müxtəlif fikirlər səsləndirir və onların üzərinə diversant və cinayətkar qrup kimi ləkələr yaxaraq onlara münasibətdə «Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında» Cenevrə Konvensiyasından irəli gələn müddəaları tətbiq etməkdən boyun qaçırır».

Görüşdə girov götürülmüş şəxslərlə bağlı BQXK-nın fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmağın zəruriliyi diqqətə çatdırılıb.

Bu ay azərbaycanlılar Şahbaz Quliyev Dilqəm Əsgərov Kəlbəcərdə Ermənistan hərbçilərinin əlinə keçib. Onlar diversiyada və Kəlbəcərdə məskunlaşmış 17 yaşlı Smbat Sakanyanı öldürməkdə təqsirli bilinirlər.

Şahbaz Quliyev və Dilqəm Əsgərovdan başqa daha bir azərbaycanlının Kəlbəcərə keçdiyi xəbər verilir. Onun adı açıqlanmayıb. İddiaya görə, həm şəxs iyulun 11-də Kəlbəcər ərazisində öldürülüb. Qeyd olunur ki, azərbaycanlı ilə atışma zamanı ordunun 42 yaşlı mayoru Sarkis Abramyan həlak olub, 37 yaşlı qadın Karine Davtyan yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG