Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:48

Beynəlxalq müstəntiqlər Malayziya təyyarəsi qəzaya uğrayan əraziyə gəliblər


Beynəlxalq müstəntiqlər iyulun 21-də Malayziya təyyarəsinin qəzaya uğradığı əraziyə gəliblər.

Ukrayna isə Malayziya təyyarəsi qəzaya uğrayandan bəri Donetskdə ən böyük hərbi əməliyyata başlayıb.

Reutersin məlumatına görə, döyüşlər qəza olan ərazinin 60 km-liyində gedir.

Avropa Birliyi iyulun 22-də Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməlidir.

Avropa Birliyindəki diplomat Reutersə deyib ki, hər şey Hollandiyanın baş naziri Ruttenin mövqeyindən asılı olacaq.

Malayziya təyyarəsində həlak olan 298 adamdan 193-ü Hollandiya vətəndaşıdır.

XS
SM
MD
LG