Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:20

Ülviyyə Heydərova. Ana və uşaq


-

Ana, bilsən nə xoşbəxtəm, hər gün bir damcı boy atıram. Böyüməyimdən xəbərin olsa da, burada hansı hisslər keçirdiyimdən xəbərsizsən. Fikirləşirsən ki, bir tikə canımla nə düşünə bilərəm. Düzdür, heç nə görməsəm də hər şeyi duyuram - məni əzizlədiyini, əllərinin istisini, hətta hirsləndiyini də... Göz açıb böyüyəndə nəyə hirsləndiyini mütləq səndən soruşacam... Nədisə son günlər yaman ağlayırsan. Ağlama ana, onda mən də burada kövrəlirəm! Hə, hə, ağlayıram!O gün mənə güclü zərbə dəydi. Elə bildim əzilib buradaca öləcəm. Məni qoru ana, sənə gələcəkdə yaxşı bala olacam, incitməyəcəm, göz yaşı axıtmağa qoymayacam. Bax, elə bətnindəcə söz verirəm!.. Görəsən, atam da məni sənin kimi sevir? Onun da əzizləməyinə elə ehtiyacım var ki. İstəyimi duya bilsəydin, arzumu ona çatdırardın. Əlinin istisinə, qüvvəsinə, bilsən, necə həsrətəm. Kaş ki, məni duya biləydin... Dünən az qala səni itirəm. Hə, hə, yalnız sən deyil, mən də səni itirə bilərəm. Allah qorusun! Nə idi o yük? Ağır yük qaldırıb məni, özünü çətinə salma! Olmuya, daha məni istəmirsən? Yox, buna inanmağım gəlmir! Axı, sən anamsan!... Atam kömək edə bilməzdi? Bir də belə şey eləmə! Bilsən, buradaca səni itirməkdən necə qorxuram?Uff!!! Neynirsən? Tullanıb-düşürsən, nədir? Özünə, mənə yazığın gəlsin! İncitmə məni, nə olar! Bəsdi, qurtar!... Ay Allah, heç olmasa sən onun fikrindən daşındır! ...Deyəsən, dayandı, axı? Sag ol, ay Allah, bu dəfə də ölümdən qurtardın!...Ana, niyə məni daha əvvəlki kimi əzizləmirsən? Hardan biləsən ki? Axı məni duymursan. Son zamanlar məndən yaman soyumusan. Gəl, əllərini toxundur, ovcunun istisində bir az qızınım. Soyuqluğun məni yaman üşüdür. Olmuya? Yox, sən bunu etməzsən! Aha, deyəsən axı, get-gedə duymağa başlayırsan? Əlini mənə toxundurdun. Sag ol, anacan! Bəs, o biri əl kimindir? Atamın? Yox, qadın əlinə oxşayır. Kim olar, görəsən? Aman Allah, bu nədir, yaman incitdi? Uff!!! Bu dəmir parçası nədir, hə? Ay Allah, qoyma məhv olum! Dəmir məni əzir, doğrayır... Ay Allah, məni öldürürlər, necə buna dözürsən? Axı, yaradan sən idin? Mənim günahım nədir? Anacan... ana, sən bunu etməzsən!... Hayıf... səni görmədən ölürəm.

30.05.2006.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG