Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:55

«Adam oğruluğuna görə, 11 Azərbaycan vətəndaşı həbs edilib»


Foto: Arxiv

Foto: Arxiv

Rusiyanın Daxili İşlər Nazirliyi bildirir ki, adam oğurluğu ilə bağlı 11 Azərbaycan vətəndaşını həbs edib.

Nazirlik 28-47 yaşlarında olan azərbaycanlıların bu ilin iyulunda bir iş adamını oğurladıqlarını bildirir. Məlumata görə, dəstə iş adamının sərbəst buraxılması üçün onun yaxınlarından 500 min dollar vəsait tələb edib.

Rusiya DİN azərbaycanlıların Moskvanın Mıtişinsk rayonunda keçirilən əməliyyat zamanı həbs edildiyini açıqlayıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən AzadlıqRadiosuna bildirilib ki, olay barədə xəbərdardılar və hazırda məlumat toplayırlar. Səfirlik yaxın saatlarda açıqlama verə biləcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG