Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

Şaxtar klubunun 6 oyunçusu Donetskə qayıtmaq istəmir


Donetskin Şaxtar klubunun sahibi Rinat Akhmetov təsdiqləyir ki, klubun 6 oyunçusu, o cümlədən 5 braziliyalı – Alex Teixeira, Fred, Dentinho, Douglas Costa, İsmaily və argentinalı Facundo Ferreira Fransanın Lion şəhərində şənbə günü oyundan sonra Donetskə qayıtmaqdan imtina ediblər.

Akhmetov təminat verir ki, onlara heç bir təhlükə yoxdur. Əgər qayıtmasalar, bu, müqavilənin pozulması olacaq.

Klubun məşqçisi Mircea Lucescu bu hadisədə oyunçuların agentlərini günahlandırır. Onun sözlərinə görə, agentlər oyunçulara deyirlər ki, Donetskdə vəziyyət pisdir və buna görə müqavilələri ləğv etmək olar.

Lucescu deyir ki, “mən agentlərin barmağı olduğunu tapmışam. Kia Joorabchian bizim ən yaxşı oyunçularımızı – Teixeira, Douglas və Fredi götürüb, o, eyni şeyi Adriano, İsinho, Marlos və Taisonla etmək istəyirdi. Ancaq onlar imtina edib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG