Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

Keçmiş prezident Bakievə və yaxın qohumlarına hökm oxunmalıdır


Kurmanbek Bakiev xanımı Tatiana Bakieva ilə birlikdə 2009-cu il prezident seçkilərində səs verir

Kurmanbek Bakiev xanımı Tatiana Bakieva ilə birlikdə 2009-cu il prezident seçkilərində səs verir

Qırğızıstan məhkəməsində keçmiş prezident Kurmanbek Bakiev və onun yaxın qohumları da daxil, 28 keçmiş rəsmiyə hökm oxunmalıdır.

Hakim iyulun 21-də bildirib ki, buna bir neçə gün vaxt gedəcək.

Müttəhimlər 2010-cu ilin aprelində o vaxtki prezident Bakievin devrilməsini tələb edən nümayişə atəş açmaqda və ya atəş açılmasına əmr verməkdə ittiham olunurlar.

O vaxt 100-ə yaxın adam öldü, 400 adam xəsarət aldı.

Bakiev və bir sıra keçmiş rəsmilər qiyabi ittiham olunur. Bakiyev hazırda Belarusda yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG