Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:45

AzadlıqRadiosunun müxbiri mükafat aldı [Video]


-

Milli Mətbuat Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin «Zərdabi» mükafatı iyulun 21-də təqdim edilib.

Laureatlar arasında AzadlıqRadiosunun müxbiri Arifə Kazımova da var. O, beynəlxalq mövzuda analitik yazılarına görə bu mükafata layiq görülüb.

Ümumilikdə mükafat 8 nəfərə verilib - Arifə Kazımova (AzadlıqRadiosu), Nəcibə Bağırzadə (publisist), Aynur Elgünəş (Azadlıq Qəzeti), Təranə Məmmədova (AzTV), Həsən Həsənov (Xalq qəzeti), Bəkir Nərimanoğlu (mediaforum.az), Famil İsmayılov (BBC), Baba Mirzəxanlı («Region Şəki» qəzeti).

«Zərdabi» mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində seçilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG