Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:09

İyulun 21-də Bakı Apellyasiya Məhkəməsində bloqqer Əbdül Əbdülovun işi üzrə hazırlıq prosesi keçirilib. Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib.

Hakim məhkəmənin istintaqla keçirilməsi haqda müdafiə tərəfinin qaldırdığı vəsatəti təmin etməyib.

Əbdül Əbilov ötən il həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu narkotik alverində təqsirli bilib.

Müdafiə tərəfi onun «Facebook»dakı fəaliyyətinə görə həbs olunduğunu deyir. O, «Facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG