Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Şəkidə Şirniyyat Festivalı: «Ağzuuz şirin olsun!»


Azerbaijan. Shaki. International Candy Day
Azerbaijan. Shaki. International Candy Day

-

İyulun 20-də Şəkidə ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan festival XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi «Yuxarı Karvansaray» mehmanxana kompleksinin həyətində açılıb.

Festivalda 6 ölkədən, eləcə də Azərbaycanın 23 şəhər və rayonundan gəlmiş şirniyyatçıların hazırladıqları şirniyyat məhsulları nümayiş etdirilib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikası, həmçinin Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar. Şirniyyat ustaları öz məhsullarını milli paltarda təqdim ediblər.

Şəkidə Beynəlxalq Şirniyyat Günü
Şəkidə Beynəlxalq Şirniyyat Günü

Xeyli davam edən müzakirələrdən sonra münsiflər heyətinin yekdil rəyi ilə Şəki və Qırğızıstan qənnadıçıları festivalın qızıl medallarına layiq görülüblər. İkinci yerə Şamaxı rayonunun, Naftalan şəhərinin, Türkiyə və Gürcüstanın kulinarları çıxıblar.

Qəbələ, Şəmkir, Balakən rayonlarının, Gəncə şəhərinin qənnadıçıları və Koreyadan gəlmiş şirniyyatçılar üçüncü yeri tutaraq festivalın bürünc medallarına layiq görülüblər. Mükafatlandırılanlar arasında Şəkinin məşhur halvaçı sexlərinin qənnadıçılarının da adları var.

Şəki Şəhər İcra Hakimiyyəti isə Azərbaycan Milli Kulinariya Mərkəzinin kuboku ilə mükafatlandırılıb. Festival paytaxtdan gəlmiş musiqi və rəqs kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatıb.

4 ildir iyulun 20-si dünyada Beynəlxalq Şirniyyat Günü kimi qeyd olunur.

Bu bayram xalqlar və insanlar arasında dostluğu və sülhü təbliğ edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG