Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:33

Donbass müharibəsinin xronikası 22 iyul

ƏVVƏLKİ GÜNLƏRİN XRONKASINI BURADA OXU

- Ukrayna səmasında «Malaysia Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi vurulub. 298 nəfər ölüb.

- Separatçılar təyyarənin «qara qutu»larını Malayziya nümayəndələrinə təhvil veriblər.

- BMT təyyarə qətnaməsini yekdilliklə qəbul edib. Sənəd təyyarənin düşdüyü yerdə dəlil-sübutların saxlanmasını, təhqiqatçıların həmin məkana maneəsiz buraxılmasını tələb edir.

- Ukrayna parlamenti ölkədə qismən səfərbərlik edilməsi barədə prezident fərmanını təsdiqləyib.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

15:51 21.7.2014

Ukraynanın şərqində gedən döyüşlərin xəritəsi (27.06 - 20.07 arası)

Ukraynanın şərqində gedən döyüşlərin xəritəsi (İyunun 27-dən iyulun 20-dək)
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Ukrayna Təhlükəsizlik və müdafiə şurası Donetsk və Luqansk vilayətlərinin ərazisindəki döyüşlərin gedişini gündəlik xəritələrdə açıqlayır. AzadlıqRadiosu son 1 ayda baş verənlərin xəritəsindən ibarət infoqrafika hazırlaylb.

17:15 21.7.2014

DONETSKİN ŞİMALINDA AĞIR DÖYÜŞLƏR

“Slavyanskdakı vəziyyət təkrar olunur. Bizi şəhərin içinə sıxışdırırlar”. Bunu Donetsk separatçılarının hərbi lideri İgor Strelkov (Girkin) sosial mediada döyüşlər haqda yaydığı məlumatda yazır. Girkin Donetskdə aeroportla dəmiryolu vağzalı arasındakı ərazidə döyüş getdiyini bildirir. Donetskdən şimalda Rusiyameylli yaraqlıların Dzerjinski şəhərindən Qorlovkaya tərəf çəkildiyini əlavə edir. Girkin növbəti dəfə qüvvələr nisbətinin Ukrayna ordusunun xeyrinə olduğunu yazaraq, iddia edir ki, onları separatçıların hər bir əsgərinə 1 Ukrayna zirehli texnikası düşür.



14:33 22.7.2014

Uyulun 21-də Donbassda gedən döyüşlər

Ukrayna Təhlükəsizlik və müdafiə şurasının yaydığı "cəbhə xəbərləri"nə əsasən, ötən gün Donetskin şimalında, Rubejnoe və Dzerjinski ətrafında döyüşlər gedib. Luqansk şəhərində dinc əhali arasında itki olub. Bundan başqa Rusiya sərhəddində mövqe tutan Ukrayna ordusuna hücumlar davam edir.

Davamı

XS
SM
MD
LG