Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:30

Donbass müharibəsinin xronikası 22 iyul

ƏVVƏLKİ GÜNLƏRİN XRONKASINI BURADA OXU

- Ukrayna səmasında «Malaysia Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi vurulub. 298 nəfər ölüb.

- Separatçılar təyyarənin «qara qutu»larını Malayziya nümayəndələrinə təhvil veriblər.

- BMT təyyarə qətnaməsini yekdilliklə qəbul edib. Sənəd təyyarənin düşdüyü yerdə dəlil-sübutların saxlanmasını, təhqiqatçıların həmin məkana maneəsiz buraxılmasını tələb edir.

- Ukrayna parlamenti ölkədə qismən səfərbərlik edilməsi barədə prezident fərmanını təsdiqləyib.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

15:58 22.7.2014

MH-17 ilə bağlı Rusiyanın mövqeyi

Malaysia Airlines şirkətinin qəzaya uğradığı yerin, qəza anında kosmosdan çəkilmiş şəkili
Malaysia Airlines şirkətinin qəzaya uğradığı yerin, qəza anında kosmosdan çəkilmiş şəkili


Rusiya Müdafiə nazirliyi iyulun 21-də keçirdiyi brifinqdə Malayziya təyyarəsinin qəzası haqda öz ehtimallarını açıqlayıb. Rusiya peyk fotolarını təqdim edən Rusiya silalhlı qüvvələri hərbi qərargahının nümayəndəsi, general-leytenant Andrei Kartapolov deyib ki, bu fotolarda Donetsk yaxınlığında Ukrayna ordusuna məxsus Buk qurğularının hərəkəti qeydə alınıb. Rusiyanın hərbi komandanlğına əsasən, iyulun 17-də bu qurğular Donetskdən 50 km-lik məsafəyə gətirilib, ertəsi gün həmin mövqelərdən yoxa çıxıb.

Bundan başqa, bildirlir ki, MH17 faicəsi zamanı Rusiya radarları “Boeng”in 3-5 kilometrliyində 2 təyyarə də qeydə alıblar və ehtimallarını bildiriblər ki, bunlar Ukraynaya məxsus Su-25 qırıcılarıdır və “”Beong”i hava-hava raketi ilə vura bilərdilər.

Bundan başqa, briqifnqdə Ukrayna tərəfinin sübut kimi təqdim etdiyi YT videosuna diqqət çəkilib. Bildirilib, "Buk" qurğusunu daşıyan görüntülərdə yük maşınını reklam bannerinin yanından keçir, bu bannerə görə həmin ərazi Rusiya ilə sərhəddə deyil, Ukrayna ərazisinin xeyli içindədir. Buradan belə bir nəticə çıxarılır ki, həmin maşın Ukraynalıların iddia etdiyi kimi Rusiyaya aparılmır, əksinə gizlədilmək üçün Ukrayndakı hərbi əməliyyatlardan uzaq bir yerə daşınır.

Və nəhayət faciənin 2 versiyası irəli sürülüb.

1. Beongi Ukrayna hərbçiləri təsadüfən vurublar.
2. Təyyarə qəsdən vurulub ki, Ukraynnın şərqindəki Rusiyameylli yaraqlılara qarşı əməliyytalara NATO-nu cəlb etsinlər.

Rusiya sosial medilarında səslənən "kosnpirasiya nəzəriyyəlrindən" ən çox diqqəti çəkən verisya isə belədir.

Deməli, Ukrayna səmasında vurulan MH17 deyil, martın 8-də yoxa çıxan Malaysia Airlines-in başqa təyyarəsidir. Vaxtilə Onu Mərkəzi kəşfiyyat idarəsi oğurlayıb və içini meyitlərlə doldurub və sonra da özləri vurublar (təyyarəçi paraşütlə hoppanıb və ya təyyarə ümumiyyətlə uzadan idarə olunurmuş). MH17-nin qurbanları isə gizli aeroportda sağ-salamat yerə eniblər.

Sənin versiyan nədir? Bizim sorğuda iştirak elə

15:02 22.7.2014

ALİ RADA HƏRBİ SƏFƏRBƏRLİK QƏRARI ÇIXARANDA DEUPTATLAR DARTIŞDI

Ukrayna parlamenti prezident Petro Poroshenkonun məhdud hərbi səfərbərlik haqda qanun layihəsini təsdiq etdi. Bu qərarla Ukrayna rəhbərliyi silahlı qüvvələrin tərkibində 144 yeni hərbi birləşmə yaratmağa ümid edir. Səfərbərliyin 45 gün ərzində, ölkənin 24 vilayətində aparılacağı bildirlir. Qanun layihəsinin mətnində səfərbərliyin səbəbi kimi ölkənin şərqində "...dinc adamların tələfatı ilə nəticələnən terror hallarının artması" və Ukraynanın suverenliyinə təhlükə olduğu deyilir. İndiyədək parlamentdə bir-neçə dəfə belə bir qərar müzakirəyə çıxarılsa da səs çoxluğu qazanmamışdı. Bu dəfə məhdud hərbi səfərbərliyin lehinə 232 millət vəkili səs verib (qərarın qəvul olunması üçün kvorum 226 səsdir). Qızğın keçən müzakirələr zamanı deputatlar arasında dartışma baş verib.


14:41 22.7.2014

BMT-nin Malayziya təyyarəsi ilə bağlı qərarına Rusiya da səs verdi

Separatçılar MH17-nin qara qutularını Malayziya ekspertlərinə verir
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

BMT Təhlükəsizlik şurası tələb edir ki, iyulun 17-də Ukrayna səmasında təyyarənin yerə düşməsi səbəbləri obyektv şəkildə araşdırılsın, günahkarla məsuliyyətə cəlb olunsun. Avstraliyanın təqdim etdiyi qətnamə layihəsinə Rusiya da daxil olmaqla Təhlüksəizlik şurasının bütün üzvləri səs verib. Rusiyanın tələbi ilə qətnamənin mətnindən "separatçılar" və "terrorçular" ifadələri çıxarılın. Ətraflı burada oxu

14:33 22.7.2014

Uyulun 21-də Donbassda gedən döyüşlər

Ukrayna Təhlükəsizlik və müdafiə şurasının yaydığı "cəbhə xəbərləri"nə əsasən, ötən gün Donetskin şimalında, Rubejnoe və Dzerjinski ətrafında döyüşlər gedib. Luqansk şəhərində dinc əhali arasında itki olub. Bundan başqa Rusiya sərhəddində mövqe tutan Ukrayna ordusuna hücumlar davam edir.

Davamı

XS
SM
MD
LG