Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:14

Donbass müharibəsinin xronikası 22 iyul

ƏVVƏLKİ GÜNLƏRİN XRONKASINI BURADA OXU

- Ukrayna səmasında «Malaysia Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi vurulub. 298 nəfər ölüb.

- Separatçılar təyyarənin «qara qutu»larını Malayziya nümayəndələrinə təhvil veriblər.

- BMT təyyarə qətnaməsini yekdilliklə qəbul edib. Sənəd təyyarənin düşdüyü yerdə dəlil-sübutların saxlanmasını, təhqiqatçıların həmin məkana maneəsiz buraxılmasını tələb edir.

- Ukrayna parlamenti ölkədə qismən səfərbərlik edilməsi barədə prezident fərmanını təsdiqləyib.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

23:25 22.7.2014

22 İYUL - GÜNÜN YEKUNU

Ukrayna tankları Donetsk yaxınlığında
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Ukrayna Ali Radası Malayziya təyyarəsinin qəzasını “Terror” adlandıraraq, 298 nəfərin həyatına son qoyan bu faciədə Rusiyanın əli olduğunu bəyan etdi. Bundan başqa Ukrayna parlamenti “ölkədə terrorizmin yayılması və Ukraynanın müstəqilliyinə təhlükə”ni nəzərə alaraq məhdud hərbi səfərbərlik haqda qanun da qəbu etdi. Bu qanunun layihəsini parlamentə təqdim edən Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının katibi Andrey Parubiy bildirdi ki, bu addım Rusiya ordusunun genişmiqyaslı hərbi müdaxilə təhlükəsi ilə bağlıdır.

Ukrayna ilə sərhəddə 40 mindən artıq Rusiya əsgəri var. Ancaq Donetsk istiqamətində 150 tank, 400 ədəd zirehli texnika, 500 artilleriya qurğusu cəmləşib – deyə deputatlar qarşısında çıxış edən A.Parubiy bildirib.

Onun sözlərində görə, Ukrayna ordusunun Donbassdakı uğurları Rusiyanı taktikasını dəyişməyə məcbur edib.

- İndi bizim mövqelərimiz birbaşa Rusiya ərazisindən atəşə tutulur. – deyə o əlavə edib.

Səfəbrbərlik keçirməklə Ukrayna rəhbərliyi orduya hərbi hazırlığı olan 30 min adamın cəlb olunmasını nəzərdə tutur.

Ukrayna təhlükəsizlik qüvvələri “antiterror” adlandırdıqları əməliyyatların davam etdiyini bildirirlər.

Cəbhə xəttindəki vəziyyət haqda gündəlik xəbərlər yayan “İnformasiya müqaviməti” qrupunun rəhbəri Dmitry Tymchukun yazdığına görə vəziyyət gərgindir. Ukrayna ordusu Donetsk, Luqansk, Krasnodon, Avdeyevka, Qorlovka, Popasnaya, habelə sərhəd zolağında güclü müqavimətlə rastlaşır.

Luqansk vilayətinin Veselaya Qora və Kamışnoe yaşayış məntəqələrində separatçılar Ukrayna hərbçilərini qumbaratanlardan atəşə tutublar.

Diqqəti cəlb edən xəbərlərdən biri də budur.

Kamenka kəndi yaxınlığında Ukrayna hərbçilərinin postuna intiharçı hücum edib. O, partlayıcı maddə ilə dolu mikroavtobusu Ukrayna hərbçilərin postuna sürərək partladıb. Məlumat doğrudursa, Ukrayna münaqişəsində ilk intiharçı hücumunun şahidi oluruq.

Bundan başqa, xəbər verilir ki, Donetsk vilayətinin Novoazovsk şəhəri yaxınlığındakı postu Azov dənizindən atəşə tutulub. Onların mövqelərinə gəmidə quraşdırılan minatanlardan atəş açıblar.

YERLİ JURNASLİT VƏZİYYƏT HAQDA BUNLARI DEYİR

Donetsk şəhər bələdiyyəsi xəbər verir ki, iyulun 22-nə keçən gecə aeroport və “Oktyabrskiy rudnik” adlı ərazidən atəş səsləri eşidilib.

AzadlıqRadiosunun müxbiri “Novosti Donbassa” qəzetinin əməkdaşı ilə əlaqə saxlayaraq Donetsk vilayətindəki vəziyyət haqda məlumat verməyini xahiş edib. Onun dediklərinə əsasən, Ukrayna tanlkarı Konstantinovka kəndi yaxınlığında müşahidə olunublar.

Borovaya (Luqansk vilayətinin Severodentsk və Rubejnoe şəhərləri arasında yerləşir) cayı üzərindəki körpü partladılıb. Bundan başqa, onun sözlərində görə, Donetsk şəhərini ətraf rayonlarla birləşdirən yollar üzərindəki körpülər minalanıb.

Jurnaslit bildirib ki, onun müşahidələrinə görə, aeroport ərazisi müxtəlif istiqamətlərdən atəşə tutulur. Bunu özünü Donetsk xalq respublikasının əsgərləri elan edən yaraqlılar edirlər. Aeroportda mövqe tutan Ukrayna hərbçilərinin cavab atəşlərini müşahidə etmir. Buna baxmayaraq separatçıların informasiya kanalları şəhərin havadan hücuma məruz qalması xəbərlərini yayır, sakinlərə bombardıman zamanı daldalanmaq üçün ünvanlar elan edilər. Ukrayan televiziyası şəhərdə qəbul olunmur, onlara ancaq peyk vasitəsilə baxmaq olar. Ona görə də yerli sakinlər ancaq Rusiyameylli mənbələrin məlumatları ilə kifayətlənməli olurlar.

SEPARATÇILAR TƏSDİQ EDİRLƏR

Həm Ukrayna, həm də Rusiyameyllilər tərəfi Ukrayna-Rusiya sərhəddində ağır döyüşlərin getdiyini təsdiq edirlər. Separatçıların hərbi lideri İgor Strelkov (Girkin) yazır ki, Donetsk vilayətinin Kojevnya və Çevinaya Zarya kəndlərini ələ keçiriblər. Bu yaşayış məntəqələri Ukrayna-Rusiya sərhəddində yelləşir. Onun yazdığına görə, Rusiyameyllilər 3 tərəfdən mühasirəyə alınıblar və Rusiya ərazisinə keçməkdən başqa əlacları yoxdur.

Girkin növbəti dəfə Ukrayna ordusunun hərbi üstünlüyünü vurğulayaraq, Rusiyanın köməyinin vacibliyini qeyd edir.

Davamı

XS
SM
MD
LG