Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:19

Prokuror Orxan Zeynalova 18 il istəyib


Azərbaycan vətəndaşı Orxan Zeynalov

Azərbaycan vətəndaşı Orxan Zeynalov

Moskva sakini Yeqor Sherbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə prokuror Orxan Zeynalova 18 il istəyib.

Ötən ilin oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində həbs olunan Orxan Zeynalov qəsdən adam öldürmədə ittiham olunur.

İttihamnamədə deyilir ki, keçən il oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayişi pozub, küçədə olan Ksenya Popovaya söz atıb, bu zaman onun yanında olan Yeqor Sherbakov qadını müdafiə edib. Bundan sonra Orxan Zeynalov üstündə gəzdirdiyi bıçaqla Yeqor Sherbakova iki zərbə endirib.

Orxan Zeynalov özünü elan olunan ittiham üzrə təqsirli bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG