Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:21

Əvəz Zeynallının iddiası təmin edilmədi


Əvəz Zeynallı
Əvəz Zeynallı

İyulun 21-də Ali Məhkəmə «Xural» qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxıb. «Xural»ın məlumatına görə, məhkəmədə qəzetin həbsdə olan baş redaktoru Əvəz Zeynallı da iştirak edib.

Məhkəmə qəzetin iddiasını təmin etməyib.

Əvəz Zeynallı 2011-ci ilin sentyabrında Mətbuat Şurasının «Xural»ı «qara siyahı»ya daxil etməsi haqqında qərarından məhkəməyə şikayət edib. İlkin instansiya məhkəməsi onun şikayətini təmin etməmişdi. Bu il fevralın 28-də Bakı Apellyasiya Məhkəməsi də bundan əvvəlki qərarı qüvvədə saxlamışdı.

Əvəz Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.

O, hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunur.

XS
SM
MD
LG