Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:55

Avstraliyada təyyarə qəzasında ölənlər anılıb


Malayziya təyyarəsinin vurulduğu ərazidə Rusiyayönlü separatçı
Malayziya təyyarəsinin vurulduğu ərazidə Rusiyayönlü separatçı

Avstraliyada Malayziya təyyarəsində həlak olmuş avstraliyalıların xatirəsinin anım mərasimi keçirib. İyulun 17-də Ukrayna səmasında vurulan təyyarədə həlak olan 300-ə yaxın sərnişinin 28-i avstraliyalıdır.

Sidneydə keçirilən mərasimdə baş nazir Tony Abbott bildirib ki, hər bir Avstraliya vətəndaşı bu olayın əzabını yaşayır.

Melburnda keçilən anım mərasimində isə qəzada həlak olan HIV/AIDS ekspertlərinin xatirəsi yad edilib.

Həlak olmuş 100-ə yaxın ekspert HIV/AIDS-lə bağlı Melburnda keçirilən beynəlxalq konfransa qatılmaq üçün Malayziya təyyarəsinə miniblərmiş.

XS
SM
MD
LG