Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:50

BMT sədri: Qəzzada onlarla fələstinlinin öldürülməsini «vəhşi hərəkət»dir


Ban Ki-moon
Ban Ki-moon

BMT Təhlükəsizlik Şurası Qəzzada hərbi əməliyyatları dayandırmağa çağırır

BMT Təhlükəsizlik Şurası Qəzza zolağındakı hadisələrdən narahatlığını bəyan edib və hərbi əməliyyatlara son qoymağa çağırıb.

Təhlükəsizlik Şurasının iyulun 20-də keçirilən görüşündən əvvəl BMT sədri Ban KiMoon Qəzzada onlarla fələstinlinin öldürülməsini «vəhşi hərəkət» adlandırıb.

Ban Ki Moon regiona səfəri zamanı Qətərdəki çıxışında deyib ki, az qala iki həftədir davam edən və 400 adamın həyatı bahasına başa gəlmiş hərbi əməliyyatlar təcili dayandırılmalıdır.

Hücumun 13-cü günündə, iyulun 20-də 60-dan çox fələstinli və 13 İsrail əsgəri öldürülüb.

ABŞ dövlət katibi John Kerry Misir rəsmiləri ilə yaranmış böhranı müzakirə etmək üçün iyulun 21-də Qahirəyə gəlib.

XS
SM
MD
LG