Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:46

İran zənginləşdirilmiş uranı məhv edib


Natanz uranzənginləşdirmə zavodu

Natanz uranzənginləşdirmə zavodu

İran nüvə danışıqlarına əsasın zənginləşdirilmiş uranı məhv edib. Bu barədə beynəlxalq atom enerjisi agentliyi bildirir. Ötən ilin noyabrında 6 güc dövləti və İran bu barədə Cenevrədə razılaşmışdı. Təşkilat bildirir ki, İran razılaşmanın şərtinə əməl edib.

İranın nüvə proqramına dair danışıqların müddəti noyabr ayınadək uzadılıb. Öncə son tarix iyulun 20-dək idi. Tehran uranın zənginləşdirilməsini 20 faiz azaltmalı və ehtiyat uranın bir hissəsini yanacağa çevirməli idi. Birləşmiş Ştatlar isə bildirmişdi ki, İranın dondurulmuş vəsaitlərinin 2.8 milyard dollarına qoyulan qadağanı götürəcək.

ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya və Çin İranın mübahisəli nüvə proqramı ilə bağlı yekun razılığa gələ bilməyiblər. İran nüvə proqramının sülh məqsədli olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG