Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:09

-

İyulun 21-də Xəzər dənizindən və Kür çayından 2 nəfərin cəsədi çıxarılıb, 7 nəfər isə xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xaçmaz rayonunda dənizdə 1993-cü il təvəllüdlü Qənbərzadə Təbriz Etibar oğlu batıb. Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. T. Qənbərzadənin cəsədi «Nabran» sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb.

Ötən gün həmçinin FHN-nin xilasediciləri Xaçmaz rayonunda dənizdə batma təhlükəsi ilə üzləşmiş bir nəfəri, Mingəçevir şəhərinin su anbarında nəzarət olunmayan ərazidə isə 4 nəfəri xilas ediblər. Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində bir nəfər, Bakının Xəzər rayonunda isə dənizdə batma təhlükəsi ilə üzləşmiş daha bir nəfər xilas olunub.

Bu gün həmçinin iyulun 19-da Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində batmış 1962-ci il təvəllüdlü Mirzəyev Heydərağa Həsənağa oğlunun axtarışları başa çatıb. Onun cəsədi batdığı yerdən 2 km aralıda tapılaraq çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG