Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:19

Kinoda ən bahalı döyüş səhnəsi, ən bahalı partlayış - Video


-

ƏN BAHALI PARTLAYIŞ

"Pearl Harbor" (2001)

Yapon təyyarələrinin Amerika bazasını bombalaması səhnəsi 5,5 milyon dollara başa gəlib. Partlayış zamanı 7000 dinamit, 10000 litrdən çox yanacaq istifadə olunub. Bu səhnənin çəkilməsinə hazırlıq işləri 1 ay çəkib...

ƏN BAHALI ƏLBƏYAXA DÖYÜŞ SƏHNƏSİ

"Matrix Reloaded" (2003)

Filmin qəhrəmanı Neo-nun düşmənin yüzlərlə casusu ilə əlbəyaxa olması səhnəsi 10 dəqiqədən çox çəkir. Kompüter qrafikasının bol-bol istifadə edildiyi bu səhnə 40 milyon dollara başa gəlib (Filmin büdcəsinin təxminən 40 faizi qədər).

XƏRCİ BORCUNU ÖDƏMƏYƏN ƏN BAHALI FİLM

"Kleopatra" (1963)

Elizabeth Taylor-un çəkildiyi bu film o dövr üçün fantastik məbləğə başa gəlmişdi. 44 milyon dollara. Ən bahalı səhnə isə Kleopatranın Romaya təntənəli gəlişi idi. Taylor ilk aktrisa idi ki, ona 1 milyon dollar qonorar verilmişdi. Film bütün gözləntilərə baxmayaraq həmin il öz xərcini çıxara bilməmişdi (26 milyon dollar). Bunun üçün bir neçə il lazım oldu. Bu filmə görə "20th Century Fox" studiyası az qala müflis olmuş, 2 min işçisini ixtisara salmalı olmuşdu.

ƏN BAHALI KASTİNQ

"Ən uzun gün" (1962)

2-ci Dünya Müharibəsi zamanı müttəfiqlərin Normandiya sahillərinə desant çıxarması haqda bu filmdə o dövrün 20 məşhur aktyoru çəkilmişdi. O cümlədən Sean Connery, John Wayne və Richard Burton. Belə olanda aktyor qonorarları da kəllə-çarxa çıxmalı idi... Ümumilikdə 725 min dollar. İnflyasiyanı nəzərə alanda bu günkü pulla təxminən 10 milyon dollar.

ƏN ÇOX ADAMIN ÇƏKİLDİYİ FİLM

"Ben Hur" (1959)

Roma imperatorluğu dövründəki hadisələrdən bəhs edən bu filmdə kütləvi səhnələr boldur. Qladiator döyüşləri, yarışmalar... Çəkilişlər zamanı aktyorlardan əlavə təxminən 50 min adam cəlb edilmişdi həmin kütləvi səhnələrə. Hamısı da o dövrün kostyumlarında. İndiki dövr deyildi ki, kompüterdə 1 adamdan 50 min nəfərlik qoşun "düzəldəsən".

Hazırladı: Rövşən

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG