Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:35

-

İyulun 20-də yayılan xəbərlərə görə, Malayziya təyyarəsində həlak olmuş 298 nəfərdən azı 190-nın meyiti olduqları ərazidən aparılıb. Meyitlər iyulun 17-dən Ukraynanın şərqində qalmışdı.

Rusiya və Ukrayna agentlikləri xəbər verir ki, azı 196 meyit qəza ərazisindən götürülüb. Reuters agentliyi dəmiryol işçilərinə istinadla yazır ki, meyitlərdən bəziləri qəza ərazisinin 15 kilometrliyində yerləşən Torez dəmiryol stansiyasında soyuducu vaqonlara aparılıb.

Hakimiyyət təmsilçisi deyib ki, hökumət işçiləri və yaraqlılar 196 meyit yığıb, ancaq yaraqlılar meyitləri naməlum yerə aparıb.

Məlumatlara görə, yerli separatçı lider Kiyev atəşkəsə razılaşacağı halda, beynəlxalq ekspertlərin qəza yerinə təhlükəsiz getməsinə təminat verib.

XS
SM
MD
LG