Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

Bazar gününə keçən gecə Ukrayna hərbçiləri Donetsk aeroportu ətrafında müdafiə ərazisini genişləndiriblər. Məlumatı Ukraynanın müdafiə naziri Valeriy Heletey yayıb. Onun sözlərinə görə, ərazidə ordunun yeni blokpostları qoyulub. Silahlı separatçılar blokpostlara yaxınlaşmır, hərbçilərin mövqelərini Donetsk yaxınlığından minomyot atəşinə tutur.

Mayın 26-da separatçıların ələ keçirdiyi Donetsk beynəlxalq aeroportu, elə həmin gün Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən geri qaytarılıb. O zaman ağır itkilər verən Rusiyameylli yaraqlılar dəfələrlə aeroportu geri qaytarmağa cəhd edib. Lakin bu hücumlar aeroportda mövqe tutan Ukrayna hərbçiləri tərəfindən dəf olunub. Aeroport separatçıların nəzarətində olan ərazidə yerləşdiyindən onu müdafiə edənlərin təhcizatı təhlükəli quru yolları və ya hava ilə aparılırdı. Xüsusi əməliiyyat keçirməklə Ukrayna ordusu Donetsk aeroportu ilə təhlükəsiz quru əlaqəsinin yaradılmasına cəhd edir.

Aeroportlar və Rusiya ilə sərhəd zolağı Ukrayna ordusunun əsas diqqət obyektləridir. Onlar Luqansk aeroportunun da separatçılar tərəfindən ələ keçirilməsinə yol vermədilər, baxmayaraq ki, həmin ərazi əsasən Rusiyameylli yaraqlıların əlində idi.

Sərhəd ərazisinə gəlidkdə isə İyun ayının 8-dən başlayan hücumla Ukrayna ordusu onlarla sərhəd keçid məntəqələrinə nəzarəti ələ aldı. Lakin Lunqansk vilayətinin İzvarino və Marinovka keçid məntəqələrindəki hərbi hissələr əsas qüvvələrdən xeyki aralıda qaldıqlarından burada separatçıların daimi hücumlarını dəf etməkdə çətinlik çəkilər. Bundan başqa, Ukrayna tərəfi idda edir ki, onların mövqeləri Rusiya tərəfdən də atəşə tutulur.

XS
SM
MD
LG