Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:50

İyulun 19-da saat 23:40 radələrində Tərtər-Hindarx yolunun Köçərli kəndi ərazisində içərisində hərbi qulluqçular olan minik avtomobili qəzaya uğrayıb. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğluna məxsus «VAZ 2107» markalı avtomobildə idarəetmənin itirilməsi nəticəsində qəza baş verib. Leytenant Anar Əsgərzadə vəfat edib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Nurlan Rəfizadə, Koroğlu Əhlimanlı, Emin Bəylərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar hospitala yerləşdiriliblər.

Koroğlu Əhlimanlının vəziyyəti stabil ağır, Nurlan Rəfizadə və Emin Bəylərovun vəziyyəti isə kafi qiymətləndirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən xəsarət alanlara xüsusi tibbi yardım göstərilməsi üçün 1 ədəd müasir tipli reanimobillə Silahlı Qüvvələrin baş neyrocərrahı və reanimatoloqu təcili hadisə yerinə ezam olunublar

Günün bütün mövzuları

XS
SM
MD
LG