Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

Moskvada azərbaycanlı jurnalistlər güllələniblər


Moskvanın şimal-şərqində kafedə atışma olub, bir nəfər ölüb, bir nəfər yaralanıb.

AzadlıqRadiosunun rus xidməti xəbər verir ki, 3 nəfər arasında mübahisə düşüb, onlardan biri silah çıxarıb. Təhqiqat gedir.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, hadisə Moskvanın Şimal-şərq dairəsində, Malıgina küçəsi 20 ünvanında yerləşən «Vstreça» kafesində baş verib.

Belə ki, üç nəfər arasında mübahisə yaşanıb. Nəticədə, onlardan biri tapança ilə digər iki nəfərə atəş açıb. Atəş nəticəsində bir nəfə ölüb, bir nəfər isə əlindən və çiynindən yaralanıb.

Ölən şəxsin F. Hüseynov olduğu və onun Novqorod vilayətində «Diaspor» qəzetində çalışdığı bildirilib. Yaralanan 57 yaşlı M. Bəşərovun da həmin qəzetdə jurnalist olaraq fəaliyyət göstərdiyi məlum olub.

M. Bəşərov xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin Moskvaya Azərbaycan xalq festivalına ezamiyyətə gəldiyi bildirilib.

Azərbaycanlı jurnalistlərə atəş açan şəxsin axtarışları davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG