Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

-

İyulun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

İmtahan respublikanın 11 şəhərində keçiriləcək. İmtahanların idarə olunmasına 238 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2589 nəzarətçi-müəllim cəlb olunacaq.

CƏMİ 31326 ABİTURİYENT İŞTİRAK EDİR

İmtahanda 31 min 326 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15 min 562 abituriyent II qrup üzrə, 15 min 764 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərin 13 min 824 nəfəri (II qrup üzrə 9710 nəfər, III qrup üzrə 4114 nəfər) oğlanlar, 17 min 502 nəfəri (II qrup üzrə 5852 nəfər, III qrup üzrə 11650 nəfər) isə qızlardır.

24 nəfər ali təhsil müəssisələrinin, 1620 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır.

ƏN YAŞLI ABİTURİYENT 1990-CI İLDƏNDİR

158 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1990-cı ildən, ən gənci isə 1997-ci ildəndir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq.

İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və «facebook» səhifəsində yerləşdiriləcək.

İXTİSAS SEÇİMİ İYULUN 24-DƏN BAŞLANIR

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də bu ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG