Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:55

İsrail elan edib ki, Qəzzaya quru hücumunu genişləndirir. Ordu iyulun 20-də bəyanat yayıb, Qəzzaya əlavə qüvvələr göndərdiyini bildirib.

İsrail Qəzzadan çıxan tunel şəbəkəsini dağıdacağına, yaraqlıların raket ehtiyatlarını darmadağın edəcəyinə and içib.

Qəzza rəsmiləri 13 günlük münaqişə zamanı çoxu dinc sakin olmaqla, azı 345 fələstinlinin öldürüldüyünü bildirir.

İsrail tərəfdən beş əsgər və iki dinc sakin həlak olub. Atəşkəs cəhdləri puça çıxıb.

İyulun 20-də Qatarda Fələstin prezidenti Mahmud Abbas və BMT-nin baş katibi Ban Ki-moon görüşəcək. Abbasın Hamas lideri Khaled Meshaal ilə də görüşəcəyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG